Əsas Səhifə > Güney Press > Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edilib

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edilib


30-06-2024, 08:38
Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edilib
Bərdədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Dia-az.İnfo-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum edilmiş Ramin Cəfərov saxlanılıb.

Ona məxsus çantaya baxış zamanı 4 kiloqram 430 qram tiryək aşkar edilərək götürülüb.

O, narkotiki sosial şəbəkədən tanış olduğu İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Geri qayıt