Əsas Səhifə > Güney Press > ABŞ Güney Qafqaza yenidən

ABŞ Güney Qafqaza yenidən


28-06-2024, 18:07
ABŞ Güney Qafqaza yenidən
ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Ermənistana səfəri ötən həftənin sonundan başlayaraq müzakirə olunurdu. Obrayen İrəvanda Ermənistan rəsmiləri ilə görüşlərdən sonra müsahibə verib. Onun bu müsahibəsi Orta Asiyadan Qafqazlara, Yaxın Şərqdən Avropaya böyük bir yol xəritəsinin təqdimatı hesab oluna bilər. Rusiya sülhməramlılarlı Qarabağı tərk etdikdən sonra, ABŞ sülh müqaviləsi və Zəngəzur dəhlizi ilə bağlı niyə aktivləşib

Məsələ ilə bağlı ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, ABŞ daha əvvəl də Azərbaycan və Ermənistan arasındakı sülh danışıqların vasitəçilik maraqlarını ifadə edib:

"ABŞ daha əvvəl də Azərbaycan və Ermənistan arasındakı sülh danışıqların vasitəçilik maraqlarını ifadə etmişdir. Müxtəlif dövrlərdə ABŞ tərəfindən bu tip açıqlamalar verilib. ABŞ Mərkəzi Asiyadan Avropaya nəqliyyatın həyata keçirilməsində alternativ yolların açılmasını istəyir. Burada Azərbaycan ən yaxşə vasitəçi yollardan bir kimi çıxış edə bilər. Bu məsələdə ABŞ dövlət səviyyəsində çox böyük mövqelerində var. Burada təkcə ABŞ istəkləri önəmli deyil. Ermənistanda bu məsələdə sadiq və ardəcəl xətt tutmalıdır. Amma Fransa başda olmaq üzrə Ermənistanı qızışdıran bir çox ölkələr təəssüflər olsun ki, prosesə mane olurlar".

Geri qayıt