Əsas Səhifə > Güney Press > Azərbaycanda hamama gedənlərin sayı azalıb?

Azərbaycanda hamama gedənlərin sayı azalıb?


28-06-2024, 17:29
Azərbaycanda hamama gedənlərin sayı azalıb?
Ötən il Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi 11 milyard 411,6 milyon manat olub və bunun 1 milyard 262,8 milyon manatı məişət xidmətlərinin payına düşüb.
Yeniavaz.com xəbər verir ki, əhaliyə göstərilən məişət xidmətləri əvvəlki illə müqayisədə dəyər ifadəsində 275,4 milyon manat artıb.
Məişət xidmətləri sahəsində ən böyük dövriyyə nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmətlə bağlı sahədə olub. Bu sahədə il ərzində ümumi dövriyyə 558,6 milyon manat olub.
İkinci sırada məişət maşın və cihazlarının təmiri, onlara texniki xidmətin göstərilməsi sahəsi yer alır ki, burda da ümumi dövriyyə 105,3 milyon manat olub.
Üçüncü yerdə bərbərxana xidməti dayanır və bu sahədə ümumi dövriyyə 99 milyon manat olub.
Onu da bildirək ki, son 6 ildə bərbərxana xidmətlərində dövriyyənin həcmi təxminən 25% artıb.
Ümumiyyətlə əhaliyə göstərilən məişət xidmətlərinin əksəriyyəti üzrə artım baş verib. Ən çox azalmanın olduğu sahə isə hamam xidmətləri olub. Belə ki, 6 il əvvəl ölkədə hamam xidmətləri sahəsində 8 milyon 29,7 min manat dövriyyə olduğu halda, ötən il 6 milyon 928,6 min manata düşüb.

Geri qayıt