Əsas Səhifə > Güney Press > Bakıdan İrəvana göndərilən paket:

Bakıdan İrəvana göndərilən paket:


28-06-2024, 16:40
Bakıdan İrəvana göndərilən paket:
Rəsmi Bakının sülh müqaviləsi ilə bağlı İrəvana göndərdiyi 10-cu təkliflər paketində İlham Əliyev administrasiyası İrəvandan müxtəlif beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı bütün əsassız iddialarından əl çəkməsini tələb edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past“ qəzeti yazır.

Nəşr bildirir ki, bunlar Azərbaycana qarşı qondarma etniktəmizləmə ittihamı, Bakıda saxlanılan separatçılar və hərbi cinayətkarlarla əlaqəli Ermənistanın şikayətləri və Azərbaycana qarşı qondarma ərazi iddiaları ilə bağlıdır.

“Diplomatik dairələrdəki mənbələrimiz Paşinyan hakimiyyətinin Əliyevin bu tələblərini də yerinə yetirməyə hazır olduğunu deyirlər”, - məlumatda bildirilir.

Geri qayıt