Əsas Səhifə > Güney Press > Azərbaycanda ən çox nələri reklam edirlər?

Azərbaycanda ən çox nələri reklam edirlər?


28-06-2024, 15:55
Azərbaycanda ən çox nələri reklam edirlər?
Ötən il Azərbaycanda reklam xidmətlərinin yerinə yetirilməsinə dair 22 min 902 müqavilə bağlanılıb.
Yeniavaz.com xəbər verir ki, reklam müqavilələrinin sayı son bir ildə 12% artıb.
Qeyd edək ki, müqavilələrin 29,7%-i və ya 6 min 808-i ərzaq məhsullarının reklamı ilə bağlı olub.
Azərbaycanda reklam müqavilələrinin ən çox bağlandığı sahələr aşağıdakı kimi olub:
Ərzaq malları – 6 min 808;
Qeyri-ərzaq malları – 4 min 204;
Maliyyə (bank, sığorta və s.) – 733;
Səhiyyə - 241;
Sosial reklamlar – 149;
Elm və təhsil – 87;
Turizm – 42;
Daşınmaz əmlak – 18.

Geri qayıt