Əsas Səhifə > Güney Press > Rusiyanı durduran olacaqmı?

Rusiyanı durduran olacaqmı?


28-06-2024, 15:53
Rusiyanı durduran olacaqmı?
Rusiya-Ukrayna müharibəsi başladıqda çox az siyasətçi üçüncü dünya müharibəsi risqi haqqında danışırdı, indi isə elə bir lider yoxdur ki, bu haqda fikir bildirməsin. Nəzəri bilikləri ilə fərqlənən Türkiyənin xarici işlər naziri Hakan Fidandan tutmuş, ABŞ Prezidenti Cozef Bayden və AĞ Evə yenidən yiyələnmək uğrunda mübarizə aparan Donald Trampa qədər üçüncü dünya müharibəsinin başlaması ehtimalının yüksək olduğunu vurğulayanların sayı artıb. Rusiya-Ukrayna müharibəsi davam etdikcə, böyük müharibə risqi artacaq. Misal üçün artıq Qara dəniz səmasında Rusiya təyyarələri ilə ABŞ-ın pilotsuz uçuş aparatları arasında toqquşma risqi yüksəkdir. Birinci Dünya müharibəsi serb separatçının atdığı bir neçə güllə ilə başlamışdı, 4 illik mənasız müharibə milyonlarla insanın həyatına son qoydu. Hazırda qarşıduran tərəflərin nüvə silahları var və bu dövlətlərin toqquşacağı halda tərəflərdən birinin düyməyə basmayacağından, o birisinin də cavab verməyəcəyindən heç kim sığortalanmayıb. Üçüncü dünya müharibəsi risqi hamını qorxudur, heç kim böyük müharibə istəmir, ancaq böyük dövlətlər Rusiya-Ukrayna müharibəsini dayandırmaq gücündə də deyillər. Müharibə getdikcə beynəlmiləlləşir.

Orxan Tuncər - Dia-az.İnfo

Geri qayıt