Əsas Səhifə > Güney Press > Ramin Hacılının cəzası azaldılıb
Ramin Hacılının cəzası azaldılıb28-06-2024, 13:00 |
![]() Dələduzluqda ittiham olunan Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı barəsində hökmdən verilmiş kassasiya şikayətinə baxılıb. Bu barədə APA-ya Ramin Hacılının vəkili Rəşad Əliyev məlumat verib. Bu gün Ali Məhkəmədə qərar qəbul edilib. Qərara əsasən, Ramin Hacılının cəzası 11 ay azaldılıb və barəsində qəti olaraq 6 il 2 ay 20 gün cəza saxlanılıb. Bundan başqa, prokurorluğun hökmdən verdiyi kassasiya prosesti təmin olunmayıb. Qeyd edək ki, R.Hacılı 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Hacılı 7 il 7 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 7 il 1 aya endirib. Geri qayıt |