Əsas Səhifə > Güney Press > Portaldan yayınmış 1,3 milyonluq tenderi

Portaldan yayınmış 1,3 milyonluq tenderi


28-06-2024, 18:56
Portaldan yayınmış 1,3 milyonluq tenderi
Gənclər və İdman Nazirliyi “Azərbaycan Respublikasının idman nümayəndə heyətinin XXXIII Yay Olimpiya və XVII Yay Paralimpiya Oyunlarında iştirakı üçün xüsusi geyim formaları, idman geyim dəstləri və ləvazimatlarının satın alınması” tenderinin nəticələrini elan edib.

Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “Setline” MMC olub.

Qalib şirkətlə 1 345 550 manat məbləğində müqavilə imzalanıb.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.

Qeyd edək ki, “Setline” MMC 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 125 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Samir Cəfərov Tahir oğludur. Hüquqi ünvanı AZ1001, Bakı şəhəri Səbail rayonu, Səid Rüstəmov, ev 15, m. 92 ünvanında yerləşir.

Geri qayıt