Əsas Səhifə > Güney Press > Nəsimi rayonunda iyun ayında səyyar qəbullar keçirilib

Nəsimi rayonunda iyun ayında səyyar qəbullar keçirilib


28-06-2024, 11:58
Nəsimi rayonunda iyun ayında səyyar qəbullar keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların
müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının icrası istiqamətində
Nəsimi rayonu üzrə tədbirlər davam etdirilir, vətəndaşların qaldırdıqları məsələlərin həlli
daim diqqət mərkəzində saxlanılır.

Nəsimi rayonunda iyun ayında səyyar qəbullar keçirilib
Nəsimi rayonunda iyun ayında səyyar qəbullar keçirilib
Nəsimi rayonunda iyun ayında səyyar qəbullar keçirilib
Nəsimi rayonunda iyun ayında səyyar qəbullar keçirilib

Rayon ərazisindəki ünvanlarda İcra Hakimiyyətinin başçısı Asif Əsgərov
tərəfindən 2024-cü ilin iyun ayında səyyar qəbullar və yerlərdə görüşlər keçirilmişdir.
Keçirilən səyyar qəbul və görüşlərdə 700-dən çox sakinin iştirakı ilə 70-dən çox müraciət
dinlənilmişdir.
Vətəndaşlar əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və köhnə
məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, binaların təmir
olunması, liftin təmir olunması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya və su xətlərinin,
navalçaların təmiri, küçə və həyətlərin işıqlandırılması, ağacların budanması və ya
götürülməsi, həyətdə avtomobillər üçün dayanacaq sahəsinin təşkili və s. məsələlər barədə
müraciətlər etmişlər.
Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı görüləcək işlər barədə
vətəndaşlara geniş izah verilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş,
müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür.
Qəbullar və görüşlər zamanı Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab
İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da
yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmiş, rayon ərazisində
görülən işlər, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər
barədə ətraflı məlumatlar verilmişdir.
Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin
olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün
“Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, təklif
və rəylərin verilməsi imkanının olduğu sakinlərin diqqətinə çatdırılmışdır.

Dia-az.İnfo

Geri qayıt