Əsas Səhifə > Güney Press > Sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır

Sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır


28-06-2024, 11:37
Sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır
Sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.

Deputat bildirib ki, dünyada mənəvi, əxlaqi aşınma getməkdədir: “Azərbaycanda bu məsələ hər zaman diqqət mərkəzində olub. 44 günlük Vətən müharibəsi də göstərdi ki, Azərbaycan gənci ən yüksək mənəvi, əxlaqi dəyərlərə sahibdir. Biz ölkəmizdə bu müsbət tendensiyanı qorumalıyıq. Qloballaşma dönülməz xarakter alıb. İnformasiya texnologiyaları öz inkişafının ən yüksək mərhələsinə çatıb. Bizim ayrıca strategiyamız olmalıdır. Sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır”.

Geri qayıt