Əsas Səhifə > Güney Press > Arvadı onu atıb gedən kişi intihar etdi

Arvadı onu atıb gedən kişi intihar etdi


28-06-2024, 11:23
Arvadı onu atıb gedən kişi intihar etdi
Oğuzda intihar hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Yemişanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Pərviz Məmmədxanov yaşadığı evin həyətindəki tövlədə özünü asıb.

İlkin ehtimala görə, intihara ailə məsələləri səbəb olub.

Belə ki, həyat yoldaşı Pərvizi atıb gedib. Ayrılığa dözə bilməyən Pərviz depressiyaya düşüb və özünə qəsd edib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

Geri qayıt