Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Şahramanyanla Xankəndindən köçdən sonra 6 ay orada qalmış erməni üzləşdirildi...

Şahramanyanla Xankəndindən köçdən sonra 6 ay orada qalmış erməni üzləşdirildi...


28-06-2024, 10:25
Şahramanyanla Xankəndindən köçdən sonra 6 ay orada qalmış erməni üzləşdirildi...
Ötən gün İrəvanda Azərbaycanın xeyrinə casusluqda ittiham olunan Sərkis Qalstyanın işi üzrə onunla şahid statusunda olan Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin sonuncu qondarma “prezidenti” Samvel Şahramanyan arasında üzləşmə olub.

Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.

“Əldə etdiyimiz məlumata görə, Şahramanyanın ifadəsi ittihamı dəstəkləmir. Şahramanyan Qalstyanı prezident postunda aparat rəhbərinin müavini təyin edib. Sentyabrın 19-da bütün artsax erməniləri Ermənistana köçsə də, bir neçə adam, o cümlədən Sarkis Qalstyan və arvadı orada qalıb. Onlar təxminən 3 ay əvvəl Ermənistana köçüblər”, -məlumatın ardında belə deyilir.

Erməni nəşri Qalstyanın guya azərbaycanlılarla əməkdaşlıq etdiyi barədə xəbərlər yayılmasını da xatırladır.

"Martın 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə ər-arvad Ermənistana köçüb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onları həbs edib. Arvad azad edilib, ər isə Azərbaycanın xeyrinə casusluqda ittiham olunub. Sarkis Qalstyan barəsində həbs qətimkan tədbiri seçilsə də, o, ittihamı qəbul etmir. O əvvəllər Azərbaycanın xeyrinə casusluq etdiyini etiraf etsə də, bir müddət sonra belə bir fikir söyləmək üçün təzyiqlərə məruz qaldığını bildirərək ifadəsindən imtina edib. Artıq iki aydır ki, həbsdə olan Qalstyana qohumlarına baş çəkməyə icazə verilib”- deyə Ermənistan qəzeti bildirib.

Geri qayıt