Əsas Səhifə > Güney Press > Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb


28-06-2024, 09:57
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
İyunun 27-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Dia-az.İnfo-ya DİN Mətbuat xidmətindən xəbər verilib.
Axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 27 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Geri qayıt