Əsas Səhifə > Güney Press > "Yalnız Anna Akopyanın sınağından keçənlər vəzifəyə gətirilir"

"Yalnız Anna Akopyanın sınağından keçənlər vəzifəyə gətirilir"


28-06-2024, 09:28
"Yalnız Anna Akopyanın sınağından keçənlər vəzifəyə gətirilir"
“İri təbəssüm və qayğısızlıqla velosiped sürən, komandasına və cəmiyyətinə tam arxayın olduğunu göstərməyə çalışan Nikol əslində parıltısına belə etibar etməməyə başlayıb”.

KONKRET.az xəbər verir ki, bu sözlər “İravunk” qəzetində dərc olunan məqalədən götürülüb.

“Xüsusən də onun yaxın ətrafı artıq pıçıldayır ki, Nikol hüquq-mühafizə strukturunun rəhbərlərinə tapşırıb ki, bütün məmurlar fərq qoymadan dinlənilsin.

Deyilənə görə, Nikol indi öz sadiq adamlarını yalnız həyat yoldaşı Anna Akopyanla sınaqdan keçdikdən sonra seçir”, – deyə yazıda vurğulanır.

Geri qayıt