Əsas Səhifə > Güney Press, Üst manşet > Sərnişinlər AYNA-dan dayanacaq tələb edir

Sərnişinlər AYNA-dan dayanacaq tələb edir


28-06-2024, 09:00
Sərnişinlər AYNA-dan dayanacaq tələb edir
"Şikayətimiz Nəqliyyat Agentliyindəndir, 199 nömrəli avtobusun "Riyad" və "Bazarstore" dayanacaqlarının arasında saxlamamasından..." Dia-az.İnfo bildirir ki, bu barədə srənişinlər adından edilən müraciətdə qeyd olunur.

Narazı sərnişinlər daha sonra bildirir: "İnsanlar əziyyət çəkir, valideyinim 2-ci dərəcə əlildir və 1 tərəfi paralic xəstəsidir, avtobus yoluna kimi piyada 15 dəqiqəlik yolu ayaqla 30 dəqiqəyə çatır. Bu nə zülümdü insanlara edirsiniz? dayanacaq üçün həmin ərazidə yer olmasa şikayət etmərəm, ama geniş ərazi var hansı ki yüzlərlə insan o dayanacaqdan yararlana bilər, digər avtobuslar saxlayır, 199 amma saxlamır, gedir uzaq məsafədə saxlayır, Faiq Xaliqoğlunun avtobus xəttinə aid olan marshrutdu 199. Qaynar xəttlərinə də bildirilib, rəsmi məktub da yazılıb, geri dönüş edən yoxdu.

Prezident, çıxışlarda "vətəndaşları incitməyin" deyə tapşırır.

Məmurların nədir bu insanlara çəkdirdiyi?"

Geri qayıt