Əsas Səhifə > Güney Press > Dövlət qurumu auditor seçib

Dövlət qurumu auditor seçib


25-06-2024, 18:09
Dövlət qurumu auditor seçib
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya “Maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi, müstəqil audit rəyinin verilməsi, məsləhət xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “HLB Azərbaycan” MMC olub.

Qalib şirkətlə 49 000 manat məbləğində müqavilə imzalanıb.

Geri qayıt