Əsas Səhifə > Güney Press > Fransa Azərbaycan-Ermənistan danışıqlarını bloklamağa çalışır

Fransa Azərbaycan-Ermənistan danışıqlarını bloklamağa çalışır


25-06-2024, 16:54
Fransa Azərbaycan-Ermənistan danışıqlarını bloklamağa çalışır
“Fransa Ermənistana silah satmaqla Azərbaycanı qıcıqlandırır”.
Bunu amerikalı keçmiş həmsədr Ceyms Uorlik deyib.

“Ermənistanın özünü müdafiə etmək, Fransadan və ya başqa ölkələrdən silah almaq hüququ var. Lakin biz sülh müqaviləsi imzalamağa yaxın olduğumuz üçün Fransanın bu addımı Ermənistanla Azərbaycan arasında münasibətlərdə yeni təxribatçı element rolunu oynayır. Fransa Azərbaycanla sülh sazişi imzalandıqdan sonra Ermənistanla silah tədarükü ilə bağlı müqavilə bağlamalı idi. Təəssüf ki, biz sülh sazişinə yaxınlaşdıqca belə bir addımın atılması çaşqınlıq yaradır və danışıqları daha da çətinləşdirir”, – deyə Uorlik vurğulayıb.

Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən politoloq Turan Rzayev bildirib ki, Ceymis Uorlik təcrübəli diplomatdır:

“Amma adı üstündə Amerikanın keçmiş həmsədridir. Yəni bu sözləri həmsədr olduğu zaman desə idi, effekti və mənası olardı. Düzdür, indi də onun belə ifadələr işlətməsi maraqlarımıza uyğundur. Dediklərinin Fransanı narahat edəcək məqam olduğunu düşünmürəm. Ümumiyyətlə isə Fransa Ermənistanı silahlandırmaqla məşğuldur. Son zamanlar “Sezar” silahlarının Ermənistana satılması fonunda bu mövzu yenidən aktuallaşıb. Paris ənənəvi siyasətindən əl çəkmir. Eyni zamanda, regionu gərginləşdirməyə və Azərbaycan-Ermənistan danışıqlarını bloklamağa çalışır. Amma Fransanın bu addımlarına baxmayaraq iki ölkə arasında danışıqların uğurla davam etdiyini demək olar. Hazırda Azərbaycan-Ermənistan arasında gərginlik mövcud deyil. İlkin sülh müqaviləsinin imzalanması gözləniləndir. Digər tərəfdən isə Amerika Birləşmiş Ştatları son zamanlar sülh prosesinə diqqətini artırıb. Amerika özünü elə göstərir ki, iki ölkə arasındakı sülhə maraqlıdır və töhvə verə bilər”.

Geri qayıt