Əsas Səhifə > Güney Press > Dəliməmmədli şəhər orta məktəbində mənimsəmə ilə bağlı cinayət işi başlanıb

Dəliməmmədli şəhər orta məktəbində mənimsəmə ilə bağlı cinayət işi başlanıb


25-06-2024, 16:47
Dəliməmmədli şəhər orta məktəbində mənimsəmə ilə bağlı cinayət işi başlanıb
Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Dia-az.İnfo bildirir ki, Goranboy rayon prokurorluğundan verilən məlumata görə, Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2018-2023-cü illər ərzində əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış xeyli miqdarda pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.

Geri qayıt