Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Harika” içkilərinin tərkibində 5 zərərli qida əlavəsi var

“Harika” içkilərinin tərkibində 5 zərərli qida əlavəsi var


25-06-2024, 14:52
“Harika” içkilərinin tərkibində 5 zərərli qida əlavəsi var
“Avrora” MMC-nin sifarişi ilə “Berg Energy” tərəfindən istehsal edilən xüsusilə uşaqların içdiyi “Harika” içkilərinin tərkibində zərərli qida əlavələrinin olduğu məlum olub. Bu barədək hətta sözügedən içkilərin qablaşdırmasında da məlumat yerləşdirilib.

Tribunainfo.az xəbər verir ki, qara tut və frenk üzüm qarışımı tərkibli qazlı “Harika” içkilərinin tərkibində 3-ü zərərli və təhlükəli olmaqla 5 qida əlavəsi var. Ən acınacaqlısı isə odur ki, bu zərərli maddələrlə zəngin olan içki yaşı 10-dan yuxarı olanlar üçün nəzərdə tutulub.
Tərkibi təmizlənmiş su, şəkər, limon duzu (E330), konservantlar natrium benzoat (E211), kalium sorbat (E202), rəngləndiricilər prlaq mavi (E133), qırmızı (E163), dad-atomat əlavələrindən ibarətdir.
“Harika”nın içindəki bu qədər qida əlavəsi insan orqanizmində, xüsusilə uşaqlarda müəyyən xəstəliklər, narahatlıqlar yarada bilir. Sözügedən içkinin tərkibində olan qida əlavələrindən biri isə (E211) ümumiyyətlə şübhəli bilinən və istifadəsi qadağan edilən əlavələrdəndir.
İçkinin tərkibindəki digər təhlükəli qida əlavəsi E330-dur. Bu qida əlavəsi xərçəng riski yaradan əlavə hesab edilir. E202 əlavəsi isə kiflənmənin qarşısını alan maddədir. Bu qədər zərərli maddə ilə zəngin olan içkinin orqanizmə zərərini təsvir etmək isə qeyri mümkündür.

Mütəxəssislər tərkibində zərərli qida əlavələri olan bu kimi qidalardan uzaq durmağı məsləhət görür.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

“Harika” içkilərinin tərkibində 5 zərərli qida əlavəsi var

Geri qayıt