Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Hüquq müdafiəçisindən neftçilərlə bağlı HAQLI ÇAĞIRIŞ

Hüquq müdafiəçisindən neftçilərlə bağlı HAQLI ÇAĞIRIŞ


25-06-2024, 10:33
Hüquq müdafiəçisindən neftçilərlə bağlı HAQLI ÇAĞIRIŞ
"Uzun illər ərzində apardığımız monitorinq nəticələrinə istinad edərək ,hal hazırda da belə problemlərin mövcud olma ehtimalına söykənərək aşağıda qeyd etdiyim sahələri nəzarətə götürülməsinə ciddi ehtiyac duyulur..." Dia-az.İnfo bildirir ki, bunu SOCAR-ın Sahə üzrə məsul şəxslərinə xitabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı deyib.
Hüquq müdafiəçisi daha sonra məsələnin mahiyyəti üzrə bunları vurğulayıb: "Bildiyiniz kimi Əks Osmos Sistemi suyun təzyiq vasitəsi ilə membrannan keçirilməsi nəticəsində iki hissəyə ayırır.Membrandan keçən hissə təmiz sudur.Membrandan keçə bilməyən çirkli, həll olunmuş duzlar və mikro hissəciklər suyun tərkibindən ayrılaraq kənarlaşdırılır. Dəniz obyektlərində dəniz suyu Əks Osmos sistemi ilə təmizlənib texniki su kimi istifadəyə verilir. Neftçilər üçün sağlam iş şəraitinin yaradılması(bu işəgötürünin öhdəliyidir) üçün aşağıda qeyd olunanlar:
Yataqxanaları texniki su ilə təmin edən Əks Osmos sistemləri,onlara ayrılmış kimyəvi reagentlər (istifadə müddəti, miqdarı və s) ciddi nəzarətə götürülməlidir. Ötən il membranların tez-tez sıradan çıxdığını və onların yenisi ilə əvəz olunmasında ciddi problemlərin olduğunu nəzərə alıb, qurğuların texniki vəziyyəti də nəzarətə götürülməlidir
İşçilərə içməli su gətirən gəmilərdəki suyun mənşəyi,tərkibi,saxlanma şəraiti, özüllərdəki su çənləri(vaxtaşırı təmizlənmə,çənlərin texniki vəziyyəti və.s) yoxlanılmalı , proses nəzarətə götürülməlidir.
Bioloji qurğuların da olub olmamasını(sənədi yox,faktiki) yoxlamanız məqsədəuyğundu.Düşünürəm ki,problemlər əksər dəniz obyektlərində mövcuddur. Bu məqsədlə ayrılmış utilizasiya çənləri (varmı?) və s. texniki qurğuların vəziyyəti yoxlanılırmı?
Sonda
-SOCAR Azneft İB sosial məsələlər üçün ayrılmış vəsaitin ( yataqxanaların təmiri, ayrılmış məişət avadanlıqları , kondinsioner və s) təyinatı üzrə xərclənməsi müstəqil qurum tərəfindən yoxlanılmalıdır..."

Geri qayıt