Əsas Səhifə > Güney Press > Alim olmaq üçün bu ölkələrdən Azərbaycana 108 nəfər gəlib

Alim olmaq üçün bu ölkələrdən Azərbaycana 108 nəfər gəlib


24-06-2024, 18:16
Alim olmaq üçün bu ölkələrdən Azərbaycana 108 nəfər gəlib
Azərbaycanda fəlsəfə doktoru proqramını həyata keçirən təhsil müəssisələrində 108 xarici ölkə vətəndaşı təhsil alır.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən əcnəbilər arasında ilk sırada Türkiyə vətəndaşları yer alır.
Azərbaycanda 30 nəfər Türkiyə vətəndaşı fəlsəfə doktoru proqramını həyata keçirən təhsil müəssisələrində oxuyur.
Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən xarici ölkə vətəndaşlarının sayı aşağıdakı kimi olub:
Türkiyə - 30 nəfər
Çin – 15 nəfər
İran – 13 nəfər
Rusiya – 8 nəfər
Əfqanıstan – 5 nəfər
Əlcəzair – 3 nəfər
İndoneziya – 3 nəfər
Nigeriya – 3 nəfər
Sudan – 3 nəfər
Suriya – 2 nəfər
Zimbabve – 2 nəfər
Pakistan – 2 nəfər
Qazaxıstan – 2 nəfər
Koreya Respublikası – 1 nəfər

Geri qayıt