Əsas Səhifə > Güney Press > Portaldan yayınmış 1,4 milyonluq tenderlərin qalibi

Portaldan yayınmış 1,4 milyonluq tenderlərin qalibi


24-06-2024, 17:01
Portaldan yayınmış 1,4 milyonluq tenderlərin qalibi
“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifə və hüquqların həyata keçirilməsində məsləhət xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Omni” QSC olub.

Qalib şirkətlə 1 491 500 manat məbləğində müqavilə imzalanıb.

Xatırladaq ki, “İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.

Geri qayıt