Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Zamin Hacılıya Bank of Baku-da yüksək vəzifə verildi

Zamin Hacılıya Bank of Baku-da yüksək vəzifə verildi


24-06-2024, 16:29
Zamin Hacılıya Bank of Baku-da yüksək vəzifə verildi
Zamin Hacılı Dilafət oğlu Bank of Baku-da İdarə Heyətinin üzvü (Risk və komplayens üzrə), Baş risk inzibatçısı vəzifəsinə təyin olunub.

Bu barədə Banker.az-a Bankdan bildirilir.

İş təcrübəsi:

İş fəaliyyətinə 2003-cü ildə başlayıb.

2007-ci ildən etibarən isə Bank of Baku-da çalışıb.

2015-2018-ci illərdə Daxili audit departamentinin direktor müavini, 2018-ci ildən cari təyinata qədər isə Daxili audit departamentinin direktoru vəzifəsini yerinə yetirib.

Zamin Hacılıya Bank of Baku-da yüksək vəzifə verildi

Təhsil:

1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə bakalavr təhsili alıb.

Daha sonra 2003-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə magistr dərəcəsini əldə edib.

Geri qayıt