Əsas Səhifə > Güney Press > Hələlik parlament seçkilərinin tarixi bilinmir...

Hələlik parlament seçkilərinin tarixi bilinmir...


24-06-2024, 15:48
Hələlik parlament seçkilərinin tarixi bilinmir...
“Hələlik parlament seçkilərinin tarixi bilinmir, amma biz bir neçə aydır ki, seçkiyə hazırlaşırıq. Hətta seçki qərargahı da formalaşdırılıb. İndi əsas məsələ namizədlərin dairələr üzrə müəyyənləşdirilməsidi və təbii ki, onların dəstək imzalarının toplanması üçün lazım olan tədbirlərdir”.
Bunu Bakupost.az -a açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı deyib.
O, parlament seçkilərinə hazırlıqla bağlı hələlik texniki işlərin getdiyini bildirib:
“Təqvim müəyyən olunmayıb deyə biz hələlik ümumi yanaşmağa məcbur qalmışıq. Amma tarix bəlli olandan sonra konkret addımlar atıla bilər”.
T.Abbaslının fikrincə, seçkilər sentyabrda keçiriləcək:
“Seçkinin müddəti 60 gündür. Prezidentə müraciət iyunun 21-də olub və səhv etmirəmsə, 28-də parlamentin sonuncu iclası olmalıdır. İyulun 1-də seçki elan olunsa, çox ehtimal ki, səsvermə sentyabrın 1-i və ya 8-nə təyin olunacaq. Amma proses iki ay öncədən başlayıb”.

Geri qayıt