Əsas Səhifə > Güney Press > DİM-dən yeni qərar: Aprobasiya nədir?

DİM-dən yeni qərar: Aprobasiya nədir?


24-06-2024, 14:59
DİM-dən yeni qərar: Aprobasiya nədir?
"Aprobasiya - çox vacib mərhələdir. Bu model əsasında biz, demək olar ki, iki il çox ciddi işləmişik. Bu prosesdə Avropadan gələn ekspertlər də iştirak edirdilər. Hazırda biz bu modelin tətbiqinə başlayırıq - 2025-ci ildə müvafiq qanunvericilikdə dəyişiklik aparılandan sonra dövlət qurumlarına işə qəbul prosesini aprobasiya əsasında həyata keçirəcəyik".
Bunu Dövlət İmtahan Mərkəzi (DİM) və Dövlət Qulluğu üzrə Astana Regional Habın birgə təşkilatçılığı ilə "Dövlət qulluğunda səriştəəsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi" mövzusunda jurnalistlərə açıqlama verən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, səriştə modelinə əsasən, dövlət qulluğuna qəbul daha keyfiyyətli olacaq, həmçinin bütün prosesləri daha şəffaf keçirməyə imkan yaranacaq:
"Burada təkcə dövlət qulluqçularının seçimi yox, eyni zamanda, rotasiyası və onların işinin qiymətləndirilməsi də yeni alətlərin istifadəsi ilə həyata keçiriləcək".
Maraqlıdır, aprobasiya nədir? Həmin modelin hansı üstün cəhətləri olacaq?

Məsələ ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, aprobasiya vasitəsi ilə mövcud bilik və bacarıqları praktiki olaraq yoxlamaq istəyirlər:

"Məsələn, ali təhsil müəsisələri və bakalavr, magistr pillələri üzrə imtahanlarda abituriyentlər açıq suallar ilə taqdıqları cavabın izahını verirlər. Dövlət qulluğunda da belə praktikadan istifadə oluna bilər. Çünki aprobasiyanın əsas məqsədi müvafiq olaraq ayrı-ayrı iddiaların və yaxud riyazi iqtisadi modellərin ümumi yoxlanışıdır. Bu da böyük ehtimal, müəyyən fənlərlə bağlı qanunvericilik, məntiq, informatika üzrə yoxlamalar aparılacaq. Bu model 2019-cu ildən etibarən buraxılış imtahanları və bakalavr pilləsinə qəbul imtahanlarında tətbiq edilib. Yəni, həmin şəxslər prossesi bildikləri üçün heç bir problem yaranmayacaq. Həmin tətbiqetmə bilik və bacarıqların yoxlanılması baxımından əhəmiyyət kəsb edəcək. Burada əsas üstün cəhət isə real biliyin daha dəqiq üzə çıxarılmasıdır. Ola bilsin ki, aprobasiya ilə bağlı fərqli modeldən istifadə edilsin. Təbii ki, DİM bununla əlaqədər yeni qanunvericilik qəbul etdikdən sonra, açıqlama verəcək".

Geri qayıt