Əsas Səhifə > Güney Press > Arif Əliyevin kredit təşkilatındakı payı 44 faizə çatıb

Arif Əliyevin kredit təşkilatındakı payı 44 faizə çatıb


25-06-2024, 00:05
Arif Əliyevin kredit təşkilatındakı payı 44 faizə çatıb
Əsas payçı olan Arif Əliyev Lütfəli oğlunun “İcraçı Kredit Agentliyi” BOKT MMC-dəki payı artmaqdadır.

Dia-az.İnfo xəbər verir ki, yeni dəyişikliyə əsasən A.Əliyevin payı 33.85 faizdən 43.58 faizə yüksəlib.

Mehman Qurbanovun BOKT-nin nizamnamə kapitalındakı payı 13.03 faizdən 13.48 faizə, “Aşixli Kredit İttifaqı”nın payı 7.75 faizdən 8.02 faizə, “Masallı Kredit İttifaqı”nın 6.93 faizdən 7.18 faizə, Vidadi Musayev 3.47 faizdən 3.59 faizə, Samir Cəlilov 2.92 faizdən 3.02 faizə, Səbinə İsrafilovanın payı 2.36 faizdən 2.44 faizə, , Fatma Abbasovanın payı 1.29 faizdən 1.33 faizə, yüksələrkən, Siyavuş Verdiyevin 13.84 faizdən 11.85 faizə düşüb.

Xatırladaq ki, “İcraçı Kredit Agentliyi” 2002-ci ildə təsis edilib, nizamnamə kapitalı 324 166 manatdır.

Geri qayıt