Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Xaricdəki söyüş müxalifətinə məlumatlar ötürən məmur müəyyən edildi

Xaricdəki söyüş müxalifətinə məlumatlar ötürən məmur müəyyən edildi


24-06-2024, 12:01
Xaricdəki söyüş müxalifətinə məlumatlar ötürən məmur müəyyən edildi
Ali dövlət orqanlarından birinin sabiq vəzifəli əməkdaşı tərəfindən xaricdəki söyüş müxalifətinə məlumatlar ötürülməsi faktları müəyyən edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs sözügedən dövlət orqanında çalışan yaxınları vasitəsilə onun məlumat bazasından məlumatlar əldə edərək təhrif olunmuş və bəzədilmiş formada xaricdəki söyüş müxalifətinə ötürüb, onun yayılmasını təşkil edib.

Həmin şəxsin və onunla işbirliyində olan yaxınlarının kimliyi bəllidir. Hazırda aidiyyəti dövlət orqanları faktla bağlı araşdırmalara başlayıblar.

Qeyd edək ki, törədilən bu əməl cinayət tərkiblidir və bunu törədənlər məsuliyyətə cəlb olunacaqlar.

Geri qayıt