Əsas Səhifə > Güney Press > Nəsimi rayonunda “Biz narkotikə yox deyirik” adlı növbəti maarifləndirici tədbir keçirilib

Nəsimi rayonunda “Biz narkotikə yox deyirik” adlı növbəti maarifləndirici tədbir keçirilib


11-06-2024, 15:15
Nəsimi rayonunda “Biz narkotikə yox deyirik” adlı növbəti maarifləndirici tədbir keçirilib
Nəsimi rayonunda fəaliyyət göstərən 35 saylı tam orta məktəbdə “Narkomanlığa və
Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi
qrupunun, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə
rayon komissiyası”nın, rayon Polis İdarəsinin, Nəsimi Bələdiyyəsinin, rayon Gənclər və İdman
İdarəsinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin
nümayəndələrinin, rayonun tam orta məktəblərində fəaliyyət göstərən psixoloqların, uşaq
birlikləri rəhbərlərinin və məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Biz narkotikə yox deyirik”
adlı növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdən öncə iştirakçılar məktəbin foyesində nümayiş olunan şagirdlərin əl işlərindən
ibarət sərgi ilə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini,
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə” üzrə rayon
komissiyasının sədri Zahid Xəlilov bildirdi ki, narkomanlıq bütün bəşəriyyəti narahat edən ən
ciddi sosial bəlalardan biridir. Müasir dövrdə narkomaniya sərhəd tanımayan beynəlxalq
problemə çevrilib. Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir
üzvünü narahat edən məsələdir.
Çıxışını davam edən natiq bildirdi ki, Ümummilli lider Heydər Əliyevin imzaladığı,
"Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il
26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm
qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün
narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı, Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. 1999-cu il iyunun
18-də Milli Məclis tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" qanun qəbul olundu.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar 2000-
2006-cı illər, 2007-2012-ci illər, 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramları icra edilmiş və
hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli
1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü
illər üçün Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir. 26 iyun – “Narkotik vasitələrin sui-
istifadəsi və qanunsuz dövriyyəsi ilə beynəlxalq mübarizə günü” ərəfəsində rayon komissiyası
dövlət komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə birgə aidiyyatı qurumların iştirakı ilə
bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutmuşdur. Bu gün keçirilən tədbirdə həmin tədbirlər
planına uyğun olaraq keçirilir.
Tədbirdə “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun əməkdaşı Vasif Quliyev, Nəsimi rayon
Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi polis polkovnik leytenantı Valeh Əliyev,
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkimi Ülkər Camalova, “Qarabağ
müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İB-nin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev
və 35 saylı tam orta məktəbin direktoru Rəna Naibova çıxış edərək bildirdilər ki, narkomaniya
cəmiyyətimizə və bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Həmçinin tədbirdə
narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji
işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi
vurğulanmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və narkomaniyanın
fəsadlarını göstərən video çarx nümayiş olunmuşdur.

Dia-az.İnfo

Nəsimi rayonunda “Biz narkotikə yox deyirik” adlı növbəti maarifləndirici tədbir keçirilib
Nəsimi rayonunda “Biz narkotikə yox deyirik” adlı növbəti maarifləndirici tədbir keçirilib

Geri qayıt