Əsas Səhifə > Güney Press > "Görəsən onlar öləndən sonra ünvanlarına nə deyəcəklər?"

"Görəsən onlar öləndən sonra ünvanlarına nə deyəcəklər?"


11-06-2024, 13:56
"Görəsən onlar öləndən sonra ünvanlarına nə deyəcəklər?"
“İlhamə Quliyeva ilə əsl dost mən olmuşam. 30 il onunla dostluq etmişəm. Evinə gedib-gəlmişəm. Qızlarımın toyunda gəlib iştirak edib. Ad günümə gəlib, ad gününə getmişəm. İlhamə xanımın əsl insan, fədakar xanım olduğunun hər zaman şahidi olmuşam. O lazım gələrsə əsl dost üçün canını fəda edərdi”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış dj və aparıcı Yusif Ağayev deyib. O daha sonra əlavə edib.

“Birincisi İlhamə Quliyeva hər adamla dostluq etməzdi. İkincisi də hər adama hədiyyə etməzdi. Bunu onun ətrafında olan insanlar bilir. Onun nəyi olubsa özünə məxsus idi. İlhamə Quliyeva dünyasını dəyişəndən sonra onun ünvanına başladılar daha nələr-nələr deməyə. Sağlığında onun üzünə heç kim bir söz deyə bilməzdi. Ancaq tərif edirdilər. İndi İlhamə xanım müzakirə obyekti olub! Baxılmayan verilişlərini qalıblar daha necə “baxımlı” etsinlər! Demək ki, biz dünyamızı dəyişəndən sonra hər birimiz müzakirə mövzusu olacağıq? Sağlığında üzümüzə bir söz deyə bilməyənlər, dünyamızı dəyişəndən sonra bizi müzakirə obyektivinə çevirəcəklər? Ayıb olsun onlara! İlhamə Quliyevanın ünvanına danışanlar görəsən dünyasını dəyişəndən sonra onların ünvanına kimlər nə söyləyəcək?! Kimlər nə danışacaq?! Ehtiyac yoxdur, hər şey bəllidir. Hər kəs də bilir ki, kim kimdir?! Onlar öləndən sonra heç kim arxasınca danışmayacaq. Çünki sağlığlarında elə həm sosial şəbəkələrdə, həm də digər yerlərdə bilirlər ki, onlar haqqında nə danışılır. Cəsarətləri çatmır ki, həmin insanlara cavab versinlər. İlhamə Quliyeva böyük bir şəxsiyyət idi, heyf ki, aramızdan vaxtsız getdi. Onun xatirəsini məndən çox yad edən insan Azərbaycanda yoxdur! Bunun altını çizərək söyləyirəm və yanında da 3 nida işarəsi! Hər axşam 106 fm-də 8-dən 10-a kimi olan “Axşama doğru” verilişimdə mütləq orada İlhamə Quliyevanın ifası səslənməlidir. Mən verilişdə onunla bağlı xatirələrimi bölüşürəm. Bunu özümə bir dost borcu bilirəm. İlhamə xanımın arxasınca nəinki danışmaq, onun repertuarından mahnı oxumaq belə mümkün deyil. Kim də cəhd edibsə bərbad olub. İlhamə Quliyeva repertuarı belə əlçatmaz və toxunulmazdır. Çünki həmin mahnılar özəl olaraq onun səsi üçün yazılıb. Bir zamanlar İlhamə Quliyeva yanına buraxmadığı, onunla bircə ədəd səmimi şəkili olmayanlar bu gün oturub “İlhaməli xatirələr”-ni danışırlar. Şəkilləri varsa göstərsinlər. Burada məntiq haradadır?”, - deyə məşhur aparıcı bildirib.

Geri qayıt