Əsas Səhifə > Güney Press, Üst manşet > AMEA-da dostbazlıq... yerlibazlıq... nə bazlıq...

AMEA-da dostbazlıq... yerlibazlıq... nə bazlıq...


11-06-2024, 08:50
AMEA-da dostbazlıq... yerlibazlıq... nə bazlıq...
"Azərbaycanın nəinki Azərbaycana, hətta dünyaya dühalar bəxş etmiş cənnətməkan qədim Naxçıvan diyarının imicinin akademik sistemi "istila etmiş" İsa Həbibbəylilər (Həbibovlar), Möhsün Nağısoylular (Nağıyevlər), Muxtar İmanovlar və onlarla digər akademik, rektor, prorektor, dekan, direktor və başqalarının timsalında zədələnməsinə imkan vermək olmaz..." Dia-az.İnfo xəbər verir ki, bunu öz ittiham dolu açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov bildirib.
İ.Abbasov daha sonra əlavə edib: "Ümumiyyətlə, yerlibazlıq-dostbazlıq zəminində ölkədə ayrıseçkilik və vətəndaş düşmənçiliyi əhval-ruhiyyəsini yaymış şəxslər nəinki səmərəsiz fəaliyyətləri ilə çərçivələdikləri vəzifələrindən azad edilməli, hətta vurduqları zərər-ziyana görə mətbuata çıxıb xalqdan üzür istəməli, səhvlərini etiraf etməli, mənimsədiklərindən qalanlarını dövlətə qaytarmalıdırlar.
Özü, övladları, nəvələri və s. var-dövlət içində üzən, vəzifələr belində çapan, şəxsi marağını bütün maraqların fövqünə qaldırmağa müvəffəq olan vəzifəlilər vəzifəlisi İsa Həbibovun Azərbaycan qanunlarını spesifik təfəkkür tərzi ilə dərk etməsinin özü bir fəalakətdir. Ən dəhşətlisi odur ki, adam illər uzunu fəaliyyətini dövlət maraqlarının pay-puş edilməsi üzərində qurur. Təkcə dövlət vəsaitini zay etmək yolu ilə saxta kitab nəşri kifayət edir ki, bu qurumun fəaliyyəti dayandırılsın. O, bu sərsəm vərdişi xalqın səmimi övladlarının beyninə norma kimi yeritməyə çalışır. Gah dostunun birini akademik edir, gah ona inayət edib təltifləndirir, gah plagiatorları həvəsləndirir, gözə gül üfürür, saxta kitablara Baş redaktor olur, dövlətçilik prinsiplərinin müqəddəsliyini qəbul edənlərə "göz dağı vermək üçün" ona sadiq dostbaz şəbəkə üzvlərinə əlavə vəzifələr verir, mükafatlandırır, gah ssenari qurub doyumsuz şəxsi marağını təmin etmək məqsədilə başqa bir naşir dostunu Baş direktor edir, gah..., gah....
Bu dostluqların heç biri səmimiyyətə, dürüstlüyə, dövlətçilik və milli maraqlara dayanmadığı üçün kövrək olur. Azacıq şəxsi marağa toxunan kimi dostluq piramidasının üfunəti aləmə yayılır.
Yerlibazlıq-dostbazlıqü zəminində "icma şefləri"nin himayəsi ilə özünü babat tutan, titullanan və səlahiyyətlənən akademik, direktor, kafedra müdiri və s. kimi vəzifələrdə yırğalanan Muxtar İmanov hansı səbəbdənsə İsa Həbibovun qəzəbinə tuş gəlib və Folklor İnstitutunun Baş direktoru vəzifəsindən azad edilib. Əla! Sağ əli İsa Həbibovun, özümüzün və övladlarımızın boğazında ilgəyə çevrilmiş digər müftəxor akademşəbəkə üzvlərinin, dövlətçilik prinsiplərə əməli xəyanət edən rektorların, prorektorların, direktorların, dekanların və Naxçıvanın imicinə xələl gətirən digər yarıtmaz və görməmişlərin başına. Bu istefalara bütün Azərbaycan xalqı sevinməlidir, çünki bu gün dövlətimizin siyasəti yerlibazlıq, dostbazlıq, şəbəkəbazlıq deyil, vərtəndaş həmrəyliyinin, birlik və bərabərliyimizin təmin olunmasının təşviqi və tətbiqidir..."

Geri qayıt