Əsas Səhifə > Güney Press > "Bundan sonra tez-tez Bakıya gələcəm, həyat yoldaşım isə..."

"Bundan sonra tez-tez Bakıya gələcəm, həyat yoldaşım isə..."


29-05-2024, 18:04
"Bundan sonra tez-tez Bakıya gələcəm, həyat yoldaşım isə..."
Müğənni Afət Fərmanqızı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla qısa müsahibəni təqdim edirik:

- Afət xanım, xalq artisti Flora Kərimova ilə məhkəmə çəkişməsindən sonra Moskva-Bakı reysi ilə ilk dəfə Azərbaycana gəldiniz...

- Bəli, həyat yoldaşımla Azərbaycana gəlmişik. Bakıda toy mərasimlərinə dəvət almışam. Eyni zamanda oğlumun toy mərasiminə hazırlıq görməyimin vaxtıdır. Evlərimizdə təmizlik işləri aparıram. Oğlum da yaxın günlərdə bakıya gələcək. Müəyyən ailə-məişət məsələlərimiz var, onları müzakirə edəcəyik.

Oğlum xaricdə, mən isə Rusiyada həyat yoldaşımın yanında yaşayıram. İkimiz də müvəqqəti Azərbaycanda görüşüb, toy mərasiminin vaxtını müzakirə edəcəyik. Eləcə də, çox sağ olsunlar, bir çox televiziyalarımızdan dəvətlər alıram. Yaxın günlərdə Zaur Kamalın aparıcısı olduğu “Həmin Zaur” verilişində qonaq olacam və yeni mahnılarımı, duetimi təqdim edəcəm.

Özümü dostlarımsız təsəvvür edə də bilmirəm. Ötən gün dostlarım məndən xahiş etdilər ki, həyat yoldaşın da Bakıya köçsün və birlikdə burada yaşayın. Mənsiz darıxırlar.

Həyat yoldaşım Azərbaycana bağlı insandır, vətənimizi sevir. Amma işi Rusiyada olduğuna görə bu bir az çətindir. Yəqin ki, yarı Rusiyada, yarı isə Azərbaycanda yaşayacağıq. Həyat özü gösətərəcək. Mən oğlumun toy mərasimi ilə əlaqədar sıx-sıx Bakıya gələcəm. Burada da, Rusiyada da toy mərasimlərim çoxdur. Bizim gəlir yerlərimiz toylardır, ailəmizi bununla dolandırırıq.

Mənim üçün bu il digər illərdən fərqlidir. Alim anasıyam, oğlum doktoranturada təhsil alır. Bu hissi yaşamaq gözəl bir hissdir. Allah bütün balaları qorusun.

- Ötən gün hava limanında saxlanılaraq məhkəməyə aparılmağınız haqqında xəbər yayıldı. Məhkəməyə sənədlərinizi təqdim etdinizmi?

- Bu haqda danışmaq istəmirəm. Həyat gözəldir. Hər şeyi gözəl görmək lazımdır. Mən Allahımdan çox razıyam. Həyatda bəzən hər şey rəvan getmir ki, müəyyən problemlə də olur. Bar verən ağaca o qədər daş atırlar ki...

Məni sevən və sevməyənlərin arzu etdiklərinin iki qatını özlərinə arzu edirəm. Sizin vasitənizlə də məni sevənlərin hamısına təşəkkür edirəm.

Geri qayıt