Əsas Səhifə > Güney Press > “Zatulin tamamilə mənasız adamdır”

“Zatulin tamamilə mənasız adamdır”


29-05-2024, 17:07
“Zatulin tamamilə mənasız adamdır”
Rusiya Dölət Dumasının MDB işləri üzrə Komitəsi rəhbərinin birinci müavini, ermənipərəst mövqeyi ilə fərqlənən deputat Konstantin Zatulin Nikol Paşinyanın ünvanına sərt ittihamlar səsləndirib. O, Paşinyanın hakimiyyətdə qaldığı hər günün Rusiya üçün təhqir olduğunu deyib. Zatulin həmçinin Paşinyanı anti-Rusiya əhvalı yaratmaqda və nankorluqda ittiham edib.
Zatulinin bu açıqlamaları Moskvanın İrəvanda hakimiyyət dəyişikliyinə hazırlaşdığına işarə ola bilərmi?
Mövzunu Bakupost.az -a şərh edən politoloq Zərdüşt Əlizadə Konstantin Zatulinin elə böyük fiqur olmadığını bildirib.
Onun sözlərinə görə, Zatulin "FSB" agentidir və onun son otuz illik fəaliyyəti Qarabağ münaqişəsini qızışdırmaqdan ibarət olub:
"Rusiya Ermənistanı müdafiə etdiyi vaxtlarda Zatulin var gücü ilə ermən tərəfinin bütün qanunsuz, ədalətsiz addımlarını dəstəkləyib. İndi vəziyyət dəyişib. Rusiya Azərbaycana qarşı əvvəlki kəskin mövqeyində deyil. Amma Zatulin köhnə münaqişəni uydurmaq siyasətini davam etdirir. Heç kim onu ciddi bir şəxs saymır. Bir vaxt Azərbaycanı genosid törətməkdə, beynəlxalq hüququ pozmaqda ittiham edirdi. İndi də Paşinyanı ittiham edir. O, yenə istəyir ki, Robert Köçəryan və Serj Sərkisyan hakimiyyətə gəlsin. Bəzi peşəkar ermənipərəstlər isə artıq dəyişiblər. Amma Zatulin dəyişməyib. O, tamamilə mənasız adamdır”.

Geri qayıt