Əsas Səhifə > Güney Press > Azərbaycanda ətin qiyməti

Azərbaycanda ətin qiyməti


29-05-2024, 16:41
Azərbaycanda ətin qiyməti
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 36 milyon 698 503 min dollar dəyərində 16 min 739 ton ət idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Son vaxtlar ətin qiymətindəki artımlar yerli istehsalın olmamasının və ət idxalının artmasının nəticəsidir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Xaliq Məmmədovun sözlərinə görə, ümumiyyətlə son 5 ilin tendensiyası və rəsmi statistika göstərir ki, Azərbaycan xırda buynuzlu heyvanlar (qoyun və keçilərin) sayında çox böyük və kəskin azalma var:

"Təxminən son 5-6 ildə 8 min başdan yuxarı xırdabuynuzlu mal-qaranın sayında əskiklikdir. Bu da istehlakdakı ət balansına mənfi təsir. Buna görə də bu biznes ilə məşğul olan adamlar idxala müraciət etməlidir. İdxal artır. Amma ətin idxalının artması özü də bir anormal sayılır. Bu qeyri-normal bir haldır. Bizim iqlim təbii iqlim şəraiti və torpaq resurslarımız imkan verir ki, özümüzü ət və ət məhsulları ilə təmin edək. Bu birinci səbəbdir. Yerli istehsal aşağı düşüb. Yəni heyvanların sayı azalıb. İkinci məsələ burada qoyun-quzulardan danışırıqsa, diri şəkildə olan 30-35, kiloqramda olan heyvanların kəsimi çoxdur. Onlar kondosiya dövrlərinə çatmır. Məsələn dünyada 45-50 kiloqramdan aşağı olan heyvanların kəsimi tənzimlənir".

Ekspertin sözlərinə görə, digər tərəfdən iribuynuzlu mal-qaralar siyahısında Azərbaycanda cins tərkibi aşağı səviyyədədir:

"Yəni səhv etmirəmsə 50 min başa yaxın cins mal-qara var. Bu da çox az rəqəmdir. Məsələn bu gün Avropa 600-800 kiloqram diri çəkidə olan heyvanlar kəsilərək ət kimi satışa çıxarıla bilər. Biz də isə 250-300 kiloqramlıq çəkisi olan dananı kəsirlər və sonra məhv olur. İqtisadi və kənd təsərrüfatına aid olan səbəblərdən biri də budur. Bir tərəfdən statistika onu göstərir ki, 2024-cü ilin yanvar-aprel aylarında ət idxalı artıb. Amma ətin qiymətində artım var. Deməli tələbat, idxal və yerli istehsalı üst-üstə gəlsək təklif tələbata cavab vermir. Tələb çoxdur, amma təklif isə azdır. Ona görə də məsələyə hansı formada yanaşsaq biz et istehsalını artırmalıyıq. Burada işçi heyəti, heyvanların veterinar sağlamlıq məsələləri var. O cümlədən texniki təchizat məsələləri də buraya daxildir. Eyni zamanda qış və yay otlaq sahələri məsəlləri var. Bu geniş bir mövzudur. Cənab prezident bu sahə ilə bağlı geniş göstərişlər verib. Dövlətimiz bu sahəyə kifayət qədər pul ayırır və şərait var. Ucuz kreditləridə mövcuddur. Amma bu sahə ilə bağlı aidiyyəti dövlət qurumları doğru mütəxəssisləri toplamalıdır. Yaxşı bir təhlil aparılmalı və buna uyğun olaraq dünyadakı praktika ortaya qoyulmalıdır. Azərbaycanın yerli şəraitinə uyğun olaraq bir proqram işləmək lazımdır".

Geri qayıt