Əsas Səhifə > Güney Press > "WhatsApp" qruplarında yalan məlumat yayıb, insanlar arasında təşviş yaradanlar

"WhatsApp" qruplarında yalan məlumat yayıb, insanlar arasında təşviş yaradanlar


29-05-2024, 14:49
"WhatsApp" qruplarında yalan məlumat yayıb, insanlar arasında təşviş yaradanlar
Xəbər verdiyimiz kimi, dünən sosial şəbəkələrdə Bakıda özlərini polis əməkdaşı kimi təqdim edən bir qrup şəxsin mənzillərə gəlməsi barədə məlumatlar yayılır. Kiçik araşdırma zamanı məlum oldu ki, sosial şəbəkələrdə yayılmış görüntülər Azərbaycana aid deyil, eyni şəkillər bir müddət əvvəl Livan, İordaniya kimi ölkələrdə də yayılıb. Sosial şəbəkələrdə yalan məlumat yayan və vətəndaşlar arasında təşviş yaradan şəxslərə hansı cəza verilə bilər?

Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Sonxeber.az-a açıqlama verib.

"WhatsApp" qruplarında yalan məlumat yayıb, insanlar arasında təşviş yaradanlar 5 ilədək HƏBS OLUNA BİLƏR - AÇIQLAMAVəkil məsələyə aydınlıq gətirib:

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən, eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə— iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Vəkil bildirib ki, yalan məlumatı paylaşan şəxslər vəzifə səlahiyyətlərini mənimsəmə cinayətini də törətmiş olurlar:

"Bundan əlavə bu məlumatı paylaşan şəxslər vəzifə səlahiyyətlərini mənimsəmə cinayətini də törətmiş olurlar. Çünki səlahiyyətlərinə aid olmayan məsələ ilə bağlı yalan məlumatlar paylaşaraq əhali arasında vahimə salaraq çaxnaşma yaradırlar.
Cinayət Məcəlləsinə əsasən, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Geri qayıt