Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “AtaSığorta”nın sədrinə müavin təyin edildi

“AtaSığorta”nın sədrinə müavin təyin edildi


29-05-2024, 13:26
“AtaSığorta”nın sədrinə müavin təyin edildi
“Ata Holding” MMC-nin səhmdarı olduğu “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədrinə yeni müavin təyin edilib.

Banker.az xəbər verir ki, Murad Zaidov bu vəzifəyə təyin edilib.

Bu təyinatdan sonra “AtaSığorta”nın İdarə Heyətinin üzvlərinin sayı üçə yüksəlib. Seymur Əliyev Əli oğlu İdarə Heyətinin sədri, Naim Məmmədov Vasif oğlu isə üzvdür.

M.Zaidov 2023-cü ilin sentyabrından “PAŞA Sığorta” ASC-dən “AtaSığorta”ya transfer olub. O, şirkətin Satış departamentinin direktoru idi.

Bununla belə, Murad Zaidovun “KredAqro” BOKT və “M Bulak” BOKT MMC-də də iş təcrübəsi var.

Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, “Ata Holdinq” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14.6 milyon manatdır. Şirkətin səhmləri 100 % adıçəkilən holdinqə məxsusdur.

Geri qayıt