Əsas Səhifə > Güney Press > Narkoman və vərəm xəstəsi avtobus sürür?

Narkoman və vərəm xəstəsi avtobus sürür?


27-05-2024, 18:00
Narkoman və vərəm xəstəsi avtobus sürür?
Xəbər verdiyimiz kimi ,dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi kimi müsahibə vermiş şəxs Bakıda marşrut avtobusu sürür. "Batya Vasmoyski" ləqəbi ilə tanınan Bəxtiyar Ağaməmmədovun paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışması məlum olub. "Çinar Trans" MMC-nin istismarında olan xətdə çalışan B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib. "Batya Vasmoyski" kimi tanınan şəxsin keçmişi ilə bağlı video çəkərək "YouTube" kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğunu da bildirib. 40 saylı marşrut xəttini istismar edən "Çinar Trans" MMC-dən bildirilib ki, mövzu ilə bağlı gün ərzində açıqlama veriləcək.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, sürücü gündəlik yüzlərlə insanın həyatına cavabdeh olduğundan ciddi nəzarət altında olmalıdır:

"Hər bir insan məhkum yaxud narkoman da ola bilər. Amma bir insan öz üzərində çalışır, sağlamlığına qovuşur və cəmiyətə yenidən inteqrasiya olmaq istəyirsə burada qebahətli heçnə yoxdur. Tələblərə əsasən sağlam və sürücülük vəsiqəsi uyğun olan şəxslər avtobus sürücüsü ola bilər. Ola bilər həmin şəxs artıq sağalıb. Sağlamlıq arayışı təqdim edib və işə düzəlib. Şirkət və ya qurum vətəndaşdan sağlamlıq arayışı tələb edir. Bu tələb yerinə yetirilsə, vətəndaşa nesə dəmək düzgün deyil.

İstənilən halda biz cəmiyyət olaraq hər bir insanın öz səhvlərindən nəticə çıxarmasını , keçmişdə törətdiyi əməlləri tekrarlamamasını istəyirik. Belə insanları nə qədər cəmiyyətdən təcrid etsən o qədər fəsadları ola bilər. Amma həmin şəxslər müayinə olunmalı və ciddi nəzarət altında saxlanılmalıdır. Çünki sürücü gündəlik yüzlərlə insanın həyatına cavabdehdir".

Geri qayıt