Əsas Səhifə > Güney Press > "Xaliq Faiqoğlu” MMC növbəti dəfə

"Xaliq Faiqoğlu” MMC növbəti dəfə


27-05-2024, 17:42
"Xaliq Faiqoğlu” MMC növbəti dəfə
"Xaliq Faiqoğlu” MMC-yə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Reklam haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.

FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə-

fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqova təyin edilib.

Qeyd edək ki, şirkət daha öncə həmin məcəllənin 347-ci, 430.4-cü, 469,3-cü maddələri üzrə məhkəməyə verilib.

Geri qayıt