Əsas Səhifə > Güney Press > Bu şirkət nazirlikdən 4 milyonluq sifariş aldı

Bu şirkət nazirlikdən 4 milyonluq sifariş aldı


27-05-2024, 17:04
Bu şirkət nazirlikdən 4 milyonluq sifariş aldı
Elm və Təhsil Nazirliyi “5-7-ci siniflər üzrə böyük ölçülü dərsliklərin istehsalı” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Şərq-Qərb” ASC olub.

Qalib şirkətlə 3 835 112 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “Şərq-Qərb” ASC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 589 880 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Oktay Əhmədov İskəndər oğludur. Hüquqi ünvanı AZ1123, Bakı şəhəri Xətai rayonu, Aşıq Ələsgər, ev 17 ünvanında yerləşir.

Geri qayıt