Əsas Səhifə > Güney Press > Bağçalardakı özbaşnalıq, azyaşlılarla kobud rəftar

Bağçalardakı özbaşnalıq, azyaşlılarla kobud rəftar


27-05-2024, 15:44
Bağçalardakı özbaşnalıq, azyaşlılarla kobud rəftar
Xəbər verdiyimiz kimki , Bakıda uşaq bağçasında lentə alınan görüntülər gündəm olub. Nəsimi rayonu, Mir Cəlal 24A ünvanında yerləşən 162 nömrəli körpələr evi-uşaq bağçası olduğu bildiriən ərazidə müəllim azyaşlının videosunu çəkərək paylaşıb. Həmin görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, kadrlarda canlı yayım açan bağça əməkdaşının azyaşlılarla kobud rəftarı əks olunub.

Məsələ ilə bağlı sosioloq Mail Yaqubov Sonxeber.az-a açıqlama verib

O bildirib ki, bağçalara kameraların quraşdırılması vacibdir. Hüquqi nəzarət mexanizmi gücləndirilməldir".

"Bağçalara nəzarət güclü olmalıdır. Son illərdə bir çox hallarda bağçalarda təəssüflər olsun ki, xoşagəlməz mənzərələrin şahidi oluruq. Azyaşlılara qarşı fiziki-psixoloji təzyiq yayılıb. Bunun qarşısı alınmalıdır. İnsan psixologiyası özündən zəifə qarşı təzyiq göstərməyə güc tətbiq etməyə meillidir. Bu insan psixologiyasının gerçəyidir. Bəzi bağça işçilərində də belə hallar müşahidə olunur. Uşaq gücsüz və zəifdirsə ona güc tətbiq edir. Bu yolverilməzdir. Təbii ki, bəzi bağça işçilərindən söhbət gedir. Biz fədakar bağça müəllimlərinin, işçilərinin əlini öpürük. Amma xoşagəlməz hallar da baş verir. Ona görə bağçalara kameraların quraşdırılması vacibdir. Hüquqi nəzarət mexanizmi gücləndirilməlidir".

Geri qayıt