Əsas Səhifə > Güney Press > “Oğlumu İlhaməyə verməmişdim”

“Oğlumu İlhaməyə verməmişdim”


27-05-2024, 15:14
“Oğlumu İlhaməyə verməmişdim”
Mərhum Xalq artisti İlhamə Quliyevanın qohumu, onun oğulluğu olduğu iddia edilən Orxanın əsl anasl Lalə Nadirova “Səni axtarıram” verilişində diqqətçəkən açıqlamalar verib.

KONKRET.az-ın məlumatına görə, o, Moskvada itkin düşən oğlu Orxan Nadirovu axtarmaq üçün çıxdığı verilişdə Orxanı İıhamə Quliyevaya övladlıq vermədiyini bildirib:

“Mən İlhamə xanımın evində böyümüşəm. Orxan Həbib müəllimin, Tükəzban xanımın nəvəsi kimi böyüyüb. Hamı bilir ki, o, necə hökmran qadın idi. İlhamə xanımla yaş fərqimiz olsa da, biz bacı kimiydik. Orxan bizdə də qalıb, onlarda da, amma onu rəsmi şəkildə övladlığa götürməmişdi.”.

Geri qayıt