Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Pulumuz artıb: Bəs inflyasiya?

Pulumuz artıb: Bəs inflyasiya?


27-05-2024, 14:57
Pulumuz artıb: Bəs inflyasiya?
Bu il mayın 1-nə qədər Azərbaycanda pul kütləsinin həcmi 45 milyard 277,2 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankın məlumatına görə, geniş mənada pul kütləsinin həcmi aylıq müqayisədə 1 % çox, ilin əvvəlinə nisbətən 0,5 % çox, illik müqayisədə isə 10 % artıb. Manatla geniş mənada pul kütləsinin həcmi aprelin sonuna 34 milyard 268,3 milyon manat təşkil edib. Bu, martın sonuna olan analoji göstəricidən 0,5 % az, ilin əvvəlinə nisbətən 3,1 % az, illik müqayisədə isə 13,5 % çoxdur.

Məsələ ilə bağlı iqtisadçı alim Fuad İbrahimov “Cebhe.info”-ya şərhində qeyd edib ki, ölkədə böyük pul kütləsi əsasən Mərkəzi Bank tərəfindən tənzimlənir:

“Mərkəzi Bank ölkədə inflyasiyanın qarşısının alınması və idarə olunmasında bir sıra mexanizmlərdən istifadə edir. Pul kütləsinin artırılması da həmin mexanizmlərə daxildir. Bu, ən vacib mexanizmlərdən biridir. Bu gün Təkcə Azərbaycan yox, həmçinin inkişaf etmiş ölkələrin iqtisadiyyatında pul kütləsinin artırılmasına çox diqqət artırılır. Azərbaycanda Mərkəzi Bankı bu mexanizmi optimal şəkildə həyata keçirir. Artıq bu istiqamətdə müvəqiyyət əldə olunub. Ölkədə inflyasiyanın artmasının qarşısı alınıb. Hazırda inflyasiyanın idarə olunması istiqamətində lazımi tədbirlər görülür”.

Ekspert bildirib ki, pul kütləsinin artması iqtisadiyyatımıza elə bir mənfi təsir göstərmir:

“Əksinə bu, ölkəmizin iqtisadiyyatının inkişafına divident qazandırır. Yəni pul kütləsinin artması iqtisadiyyatımızın şəxalənməsinə imkan yaradır. Pul bazasında nə qədər artım olarsa, iqtisadiyyat da o qədər inkişaf edər. Bəzi hallarda iqtisadiyyatı sıxmaq yolu ilə bütün problemləri məhz bu mexanizmlə həll etmək mümkündür”.

Geri qayıt