Əsas Səhifə > Güney Press, Ana xəbərlər > SEPAH NƏ QƏLƏT QILIR?

SEPAH NƏ QƏLƏT QILIR?


27-05-2024, 12:20
SEPAH NƏ QƏLƏT QILIR?
SEPAH-a bağlı saytların və Telegram kanallarının helikopter qəzasında İran rəsmilərinin həlak olmasını Azərbaycanla əlaqələndirməyə çalışacağı gözlənilən idi. Bizə qarşı müxtəlif formada atmacaların sayı artıb. Tehran necə Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır ki, təbii səbəblərdən qəzaya uğrayan helikopter qəzasını qonşusunun üzərinə yükləmək istəyir? Yenə yersiz yerə Azərbaycan-İsrail tərəfdaşlığını ön plana çəkirlər. Sizə zəhmət, prezidentinizi köhnə helikopterə mindirməyinizdən və mürəkkəb hava şəraitində uçuşa icazə verməyinizdən yazın və danışın. Helikopter qəzasına görə birbaşa Siz məsuliyyət daşıyırsınız.

Elxan Şahinoğlu - Dia-az.İnfo

Geri qayıt