Əsas Səhifə > Güney Press, Ana xəbərlər > DJ Tural əhalini çaşdırır

DJ Tural əhalini çaşdırır


27-05-2024, 12:01
DJ Tural əhalini çaşdırır
DJ Tural video paylaşıb, reklam etdiyi Çinin geydirmə avtomobil brendi “Zeekr”-in bundan sonra rəsmi dilerdən alınmayan avtomobillərinin Azərbaycanda işləməyəcəyini həvəslə danışıb. Ekranı bloklanacaq, multimedia sistemi işləməyəcək, CarPlay işləməyəcək və s.

Gununsesi.info-nun verdiyi xəbərə görə, üstəlik DJ Tural həmin avtomobilləri “qeyri leqal” adlandırır. Qeyri-leqal. Maşın Azərbaycana gəlir, gömrükdən keçir, DYP nömrə nişanı verir, amma dünən çıxan hansısa geydirmə Çin şirkətinə görə bu qeyri-leqaldır. Azərbaycanlılar 30 ildir Avropa, Amerikadan alman, yapon maşınları daşıyırlar. Təzə, köhnə. Hələ indiyədək biri səsini çıxartmayıb. Amma hansısa geydirmə Çin şirkəti artıq qadağalar qoyur.

Sizə yenə deyirəm, bu geydirmə Çin şirkətlərindən avtomobil almayın. Çoxlu problemlər var və ən əsası gələcəkləri bilinmir. Və indi də belə qudurğanlıq edirlər. İkincisi isə, konkret olaraq bu avtomobilləri reklam edən adamlara inanmayın.

Geri qayıt