Əsas Səhifə > Güney Press > Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib

Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib


24-05-2024, 17:55
Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının
IV kurs tələbəsi Aqşin Yusifzadə dünyanın nüfuzlu forumlarında iştirak edib.
Dünya İqtisadi Forumu və İslam İnkişaf Bankının konfransına qatılan Aqşin
Yusifzadə bir müddət əvvəl Səudiyyə Ərəbistanın Kral Abdullah Elm və
Texnologiya Universitetində (KAUST) yerləşən “Aramco Araşdırma
Mərkəzi”nin təcrübə proqramının qalibi olub. Aqşin Azərbaycandan bu
proqramı qazanan yeganə tələbədir. O, üç ay müddətinə Qabaqcıl
membranlar və məsaməli materiallar bölməsində tədqiqat köməkçisi olaraq
qəbul edilib. Aqşin Yusifzadə Dünya İqtisadi Forumunda Malayziyanın Baş
naziri Ənvər İbrahim, Səudiyyə Ərəbistanı Kral ailəsinin nümayəndələri,
Fələstinin Baş naziri Məhəmməd Mustafa və Böyük Britaniyanın şahzadəsi
Beatris ilə görüşüb. İslam İnkişaf Bankının konfransı çərçivəsində isə
tələbəmiz Maldiv adalarının Maliyyə naziri Məhəmməd Şəfəq ilə,
Malayziyanın Likvidlik şirkətinin rəhbərliyi ilə görüşüb. Azərbaycanın
Səudiyyə Ərəbsitanındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev
Bakı Ali Neft Məktəbinin tələbəsi Aqşin Yusifzadəni bu beynəlxalq
tədbirlərdə iştirakına görə təbrik edib.

dia-az.media

Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib

Geri qayıt