Əsas Səhifə > Güney Press > Vətəndaş pulunu banka niyə xarici valyuta ilə qoymur?

Vətəndaş pulunu banka niyə xarici valyuta ilə qoymur?


24-05-2024, 17:30
Vətəndaş pulunu banka niyə xarici valyuta ilə qoymur?
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir.

Yəni, bankların cəmi öhdəliklərin 82.4 % -i və ya 35 milyard 361.1 milyon manatdır.

Bu 2024-cü ilin aprel ayı üzrə Statistik Bülleten Mərkəzi Bankın saytında yerləşdirilib.

Qeyd edilib ki, depozit portfelinin 62.6%-i (22 milyard 150.8 milyon manat) hüquqi şəxslərin, 37.4%-i (13 milyard 210.4 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanət portfelinin 56.1%-i (7 milyard 414.1 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 65.2%-i (8 milyard 617.7 milyon manat) milli valyutada, 34.8%-i (4 milyard 592.6 milyon manat) xarici valyutadadır.

Maraqlıdır, vətəndaş əmanətini xarici valyutada yatırmağa niyə maraq göstərmir?

Bu istiqamətdə mövcud vəziyyətlə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov “Cebhe.info”-ya bildirdi ki, bu, faiz dərəcəsinin aşağı olması əlaqədardır:

“Dollarla qoyulan əmanətlərə 2.5 % səviyyəsində dövlət tərəfindən zəmanət verilir. Ancaq manatla qoyulan əmanətlərə 12 % səviyyəsində zəmanət verilir. Ona görə də xarici valyuta ilə əmanət yatırmaq rentabilli sayılmır.

İstənilən halda heç bir divident vəd etmir. Ona görə də əmanətlərin strukturlarında milli valyutaya xarici valyuta ilə müqayisədə daha çox üstünlük verilir. Bu, 2017-ci ildən bəri davam edən bir tendesiyadır.

Bildirim ki, xarici valyutada qoyunlan əmanətlərin aşağı olmasının əsas səbəbi fazi dərəcəsinin aşağı olmasıdır”.

Geri qayıt