Əsas Səhifə > Güney Press > Məşhur şirkətin 8 milyon borcu var

Məşhur şirkətin 8 milyon borcu var


24-05-2024, 16:17
Məşhur şirkətin 8 milyon borcu var
Azərbaycanın ən böyük ixrac şirkətlərindən biri olan "Almeyvə" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 8 milyon manata yaxın vergi borcu var.

dia-az.media xəbər verir ki, "Qaynarinfo"ya daxil olan məlumata görə, "Almeyvə" şirkətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 7.984.822,96 manat vergi borcu yaranıb.

Məşhur şirkətin 8 milyon borcu var

796ebcb61d98eb1ade10a07bce50edb94e2d06bb-8dae-4958-bef8-aa5aea1f728a-jpg.jpg

Artıq şirkətin qanuni təmsilçisi Quliyev Rəşid Yusif oğlunun ölkədən çıxışına stop qoyulub.

"Almeyvə" MMC Dövlət Vergi Xidmətinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. İşə hakim Günel Abbasovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən şirkətin Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevə bağlı olduğu iddia edilir.

Geri qayıt