Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Müdafiə Nazirliyində yeni təyinat olub

Müdafiə Nazirliyində yeni təyinat olub


24-05-2024, 15:36
Müdafiə Nazirliyində yeni təyinat olub
Müdafiə Nazirliyində yeni təyinat olub.
dia-az.media unikal-a istinadla bildirir ki, Müdafiə naziri Zakir Həsənov Rəşad Babayevi Nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə təyin edib.
Qeyd edək ki, R.Babayev bu təyinatadək Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsində, ondan əvvəl isə Dövlət Vergi Xidmətində, Gömrük Komitəsində çalışıb.
Xatırladaq ki, MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nəriman Cabbarov bir neçə gün əvvəl sərəncama götürülüb. Onun adı MN-dəki 143 milyonluq cinayət işində keçib və polkovnik məhkəmədə şahid qismində dindirilib. MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov hazırda həbsdədir.

Geri qayıt