Əsas Səhifə > Güney Press > Ohanyan sərsəmlədi

Ohanyan sərsəmlədi


23-05-2024, 17:37
Ohanyan sərsəmlədi
Azərbaycanla Ermənistan arasında sülh hələ tezdir.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan deyib.

“Azərbaycanla sülh lazımdır, amma indi tezdir”, - fraksiya rəhbəri bildirib.

Ohanyan bunu Azərbaycanın Qarabağı geri alması ilə əlaqələndirib.

Görünən budur ki, revanşistlər hələ də 90-cı illərin separatçı və işğalçı havasında qalırlar. Təsadüfi deyil ki, sülhə qarşı çıxan Ohanyanın özü Azərbaycana qarşı saysız hərbi cinayətlərin iştirakçılarından biridir. Bura ərazilərin işğal edilməsi, Xocalı soyqırımı, əsirlərə işgənclərin verilməsi və digər cinayətlərdə iştirak daxildir.

Əgər revanşistlər və ya hərbi cinayətkarlar düşünürlərsə ki, nə vaxtsa hakimiyyətə gələcəklər, yenidən bu əraziləri işğal edəcəklər və sülh bərqərar olacaq, böyük yanılırlar. Belə bir şey olsaydı, işğal dövründə olardı. Növbəti belə bir avantürist cəhdin hansı nəticələrə yol açacağını bilməmiş deyillər.


Geri qayıt