Əsas Səhifə > Güney Press > Aİ-nin Ermənistandakı səfiri Türkiyə ilə sərhədə gəldi

Aİ-nin Ermənistandakı səfiri Türkiyə ilə sərhədə gəldi


23-05-2024, 16:47
Aİ-nin Ermənistandakı səfiri Türkiyə ilə sərhədə gəldi
Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi fəaliyyətə tam hazırdır. Lakin məntəqə hələlik fəaliyyət göstərmir və sərhədin açılması ilə bağlı qərar gözləyir.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, bu gün Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan keçid məntəqəsini Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqosa göstərib.

Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur və sərhəd 1993-cü ildən bağlıdır.

Bununla belə, 2023-cü ildə tərəflər sərhədin yaya qədər üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün açılması barədə razılığa gəliblər.

Geri qayıt