Əsas Səhifə > Güney Press > 8-ci sinif şagirdini döydülər

8-ci sinif şagirdini döydülər


22-05-2024, 18:06
8-ci sinif şagirdini döydülər
Sosial şəbəkələrdə Biləsuvar rayon İsmətli kənd Xanlar Qafarov adına tam orta məktəbin 8-ci sinif şagirdinin müəllimi tərəfindən fiziki zorakılığa məruz qaldığı iddiası ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi Bizim.Media-nın sorğusunu cavablandırıb.

Bildirilib ki, 21 may tarixində dərnək məşğələsindən çıxıb evə gedən zaman şagirdlərdən biri öz sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib. Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib.

Biləsuvar rayon Təhsil sektorunun əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb.

Hazırda şagirdin səhhətində ciddi problem yoxdur.

Geri qayıt